Rəsmi qurumdan əhaliyə yönəlik xəbər

© Sputnik / Murad OrujovУлица Низами – одна из оживленных улиц в центре Баку
Улица Низами – одна из оживленных улиц в центре Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarında sentyabrın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

BAKI, 12 sentyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Qəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar - Sputnik Azərbaycan
HADİSƏ
Nazirlikdən kəskin hava dəyişikliyi xəbərdarlığı

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0