13:31 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Yeni Zenlandiya, arxiv şəkli

Yeni Zelandiya parlamentinə azərbaycanlı seçilə bilər

CC BY 2.0 / Bill Harrison / Cultural Capital of New Zealand
XƏBƏRLƏR
Qısa URL
689 0 0

Yeni Zelandiyada yaşayan soydaşımız Tofiq Məmmədov sentyabrın 23-də bu ölkədə keçiriləcək parlament seçkilərinə qatılacaq

BAKI, 8 sentyabr — Sputnik. Yeni Zelandiyada yaşayan soydaşımız Tofiq Məmmədov sentyabrın 23-də bu ölkədə keçiriləcək parlament seçkilərinə qatılacaq. T. Məmmədovun namizədliyi Yeni Zelandiyanın Leyboristlər Partiyası tərəfindən irəli sürülüb.

Seçkilərin reklam lövhəsi
Seçkilərin reklam lövhəsi

Bu barədə məlumatı Sputnik Azərbaycan-a Diasporla iş üzrə Dövlət Komitəsi verib. 

Qeyd edək ki, 22 ildir Yeni Zelandiyada yaşayan T. Məmmədov 1978-ci ildə Bakıda doğulub, 18 saylı orta məktəbdə, daha sonra isə Yeni Zelandiyanın Okland şəhərində yerləşən Mount Roskill beynəlxalq məktəbində orta təhsil alıb, Açıq Politexnik İnstitutunun məzunudur. 1995-ci ildən Okland şəhərində yaşayan soydaşımız bu ölkənin vətəndaşıdır. Hazırda Daşınmaz Əmlak Şirkətlər Qrupununun sahibi olan həmyerlimiz siyasi fəaliyyətə 1999-cu ildən Leyboristlər Partiyasının üzvü kimi başlayıb.

T. Məmmədov 2014-cü ildə keçirilmiş parlament seçkilərində də iştirak edib. Hazırda onun seçkidə qalib gəlmək imkanları xeyli yüksəkdir. 

Teqlər:
deputat, parlament, Diasporla İş üzrə Dövlət Komitəsi, Tofiq Məmmədov, Yeni Zelandiya

Əsas mövzular