Sabahkı işlərinizi bu xəbərə görə müəyyənləşdirin

© Sputnik / Murad OrujovСолнечная погода в Баку
Солнечная погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi qurum vətəndaşları xəbərdar edir

BAKI, 26 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bakıda dəyişkən buludu hava - Sputnik Azərbaycan
HADİSƏ
Hava yenə də dəyişəcək

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 31-36, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 27-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 35-39, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0