05:55 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
2511 0 0

ABŞ valyutası son 2 ilin ən aşağı səviyyəsində

BAKI, 21 iyul — Sputnik. Avropa Mərkəzi Bankının prezidenti Mario Draghinin açıqlamalarından sonra dollar avro qarşısında, təxminən iki ilin ən aşağı səviyyələrinə düşüb. Sputnik Azərbaycan Marja-ya istinadən xəbər verir ki, ABŞ-ın pul vahidinin altı mühüm valyuta qarşısındakı vəziyyətini göstərən dollar indeksi, gün ərzində 94.322 səviyyəsinə gəlib və 2016-ci ilin avqust ayından bu yana gördüyü ən aşağı səviyyə olan 94.090-a yaxınlaşıb.

İndeks, həftə ərzində 0.9 faiz dəyər itirib. Avro, cümə axşamı günü 1.1658 dolları görməsinin ardından, cümə günü, Bakı vaxtı ilə saat 11:15-də dollar qarşısında 1.1671 səviyyəsinə çıxıb. Draghi, Avropa Mərkəzi Bankının payızdan pul siyasətini sərtləşdiməyə başlamağı müzakirə edəcəyini açıqlayıb. Pul siyasətinin sərtləşdirilməsi valyutanın bahalaşmasına səbəb olur.

Teqlər:
Mario Draghi, indeks, Avropa Mərkəzi Bankı, avro, dollar

Əsas mövzular