15:57 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
511900

Fuad Allahverdiyev qurumun yeni rəhbəri təyin olunub

BAKI, 20 iyul — Sputnik. "Azərtelekom" MMC-nin rəhbəri dəyişib. "APA-Economics"in əldə etdiyi məlumata görə, Fuad Allahverdiyev şirkətin baş icraçı direktoru təyin olunub. F. Allahverdiyev Haim Maimonu əvəzləyib.

F. Allahverdiyev "APA-Economics"ə açıqlamasında faktı təsdiqləyib. O, əlavə edib ki, şirkət hazırda inkişaf strategiyası üzərində çalışır və fəaliyyətini aktivləşdirmək niyyətindədir.

Qeyd edək ki, "Azərtelekom" Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə beynəlxalq naqilli telefon əlaqəsi, internet, eləcə də məlumat və səs ötürülməsini təklif etməklə, naqilli rabitə bazarında fəaliyyət göstərmək məqsədilə təsis edilib. "Azərtelekom" şəbəkəsi Azərbaycanı şimaldan cənuba və qərbdən şərqə qonşuları Rusiya, Gürcüstan və İranla birləşdirir.

Şirkətin səhmdarları "Azərfon" MMC (95%), "Aztelekom" MMC (2,5%) və "Bakı Telefon Rabitəsi" MMC-dir (2,5%).

Əlaqədar

"Aztelekom"a baş direktor təyin olunub
“Aztelekom” MMC-nin baş direktoru həbs edilib
Teqlər:
telekommunikasiya operatoru, Azərbaycan, Fuad Allahverdiyev, "Azərtelekom" MMC

Əsas mövzular