02:11 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
65 0 0

Azərbaycan, Belarus və Rusiya əleyhinə hazırlanmış "Şərqi Avropada vəziyyət" qətnaməsi Minsk Bəyannaməsinə daxil edilməyib

BAKI, 9 iyul — Sputnik. Bu gün ATƏT Parlament Assambleyasının Minskdə keçirilən sessiyası başa çatıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, sessiyada Minsk Bəyannaməsi qəbul edilib.

Azərbaycan, Belarus və Rusiya əleyhinə hazırlanmış "Şərqi Avropada vəziyyət" qətnaməsi Minsk Bəyannaməsinə daxil edilməyib. Səsvermə zamanı 43 nəfər qətnamənin Minsk Bəyannaməsinə daxil edilməsinin lehinə, 43 nəfər əleyhinə səs verib. Nəticədə qətnamə Minsk Bəyannaməsinə daxil edilməyib.

Sessiyada iştirak edən Belarus parlamentinin Beynəlxalq məsələlər üzrə daimi komissiyasının sədri Valeriy Voronetskiy deyib ki, qətnamə çox qeyri-peşəkar, səriştəsiz və qərəzli hazırlanıb.

Qeyd edək ki, iyulun 8-də ATƏT PA-nın İnsan hüquqları və humanitar məsələlər üzrə komitəsi Şərqi Avropada vəziyyət adlı qətnamə qəbul edib. Qətnamədə 3 ölkədə söz və toplaşmaq azadlığının pozulduğu iddia edilir.

Əlaqədar

ATƏT PA-nın sədri dəyişməyib
Azərbaycandan ATƏT Parlament Assambleyasına çağırış
ATƏT müşahidəçiləri regiona gəlirlər
ATƏT Qarabağ danışıqlarında vasitəçi rolunu itirmək üzrədir
Teqlər:
Şərqi Avropa, ATƏT, Minsk, qətnamə, ATƏT Parlament Assambleyası, Belarus, Rusiya, Azərbaycan

Əsas mövzular