Sabunçuda 6 mm-lik top mərmisi (OF-350) aşkarlanaraq zərərsizləşdirmək üçün götürülüb
BAKI, 26 iyun — Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Bakı şəhərində top mərmisi barədə operativ məlumat yayıb.
Sputnik Azərbaycan-a ANAMA-dan verilən məlumata görə, iyunun 26-da Sabunçu rayonundakı Gülçülük sovxozu adlanan ərazidə bağçılıq sahəsinə baxış keçirilib.
Burada bir ədəd 76 mm-lik top mərmisi (OF-350) aşkarlanaraq zərərsizləşdirmək üçün götürülüb. Mərminin bura nə vaxt və necə düşdüyü barədə hələlik ANAMA-da hər hansı məlumat yoxdur. Bu barədə dəqiqləşmə aparılır.
Professor Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının birgə istismarı məsələsini şərh edib, bölgənin iqtisadi inteqrasiyasından danışıb.
Fərmanla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası (bundan sonra – Müşahidə Şurası) yaradılır.