14:36 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Sabirabadda minik və yük avtomobilləri toqquşub, ata və oğul ölüb

Ata və oğul faciəli şəkildə vəfat edib

© Photo : APA
XƏBƏRLƏR
Qısa URL
10720

Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat qəzasında ata və oğul faciəli surətdə həlak olublar

BAKI, 20 iyun — Sputnik. Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat qəzasında ata və oğul faciəli surətdə həlak olublar.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul-Bəhramtəpə magistralının Sabirabad rayonun Nizami kəndi ərazisindən keçən hissəsində baş verib.

Saatlı rayonunun Mircəlal kənd sakinin idarə etdiyi, "VAZ 2106" markalı 52 BB692 dövlət nömrə nişanlı minik avtomobili ilə Qazax rayon sakini, Aqil Nuriyevin idarə etdiyi "Shachman" markalı 99 ZB 573 dövlət nömrə nişanlı yük avtomobili toqquşub.

Nəticədə "VAZ 2106" markalı avtomobildə olan iki nəfər dünyasını dəyişib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan şəhər Yanğından Mühafizə Xidmətinin xilasediciləri cəlb edilib. Onlar xüsusi avadanlıqlar vasitəsilə avtomobildə sıxılıb qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Artıq ölənlərin şəxsiyyəti də məlum olub. Onlar Saatlı rayonu Mircəlal kənd sakini, 1958-ci il təvəllüdlü Astanov Həsənxan Hüseynxan oğlu və onun oğlu 1989-cu il təvəllüdlü Astanov Dəyanətdir.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

Əlaqədar

Qazaxda ailə faciəsi: 8 və 10 yaşlı iki qardaş boğularaq ölüb
Quba yolunda ağır qəza baş verdi
Ağır qəza baş verdi: uşaqlar xəsarət aldılar
Lənkəranda ağır qəza: 7 nəfər ölümdən döndü
Teqlər:
Shachman, ailə faciəsi, VAZ 2106, Baş Dövlət Yol Polisi İdarəsi, Avtomobil qəzası, ağır yol-nəqliyyat hadisəsi, Sabirabad rayonu

Əsas mövzular