17:28 23 Oktyabr 2017
Canlı yayım
Milçək, arxiv şəkli

Onlar yay fəslini bizim "burnumuzdan gətirməyə" çalışacaqlar, lakin...

CC0 / werner22brigitte / Bug
XƏBƏRLƏR
Qısa URL
241 0 0

Bu üsulla əsəblərinizi korlayan həşəratlardan qurtulacaqsınız

BAKI, 19 iyun — Sputnik. Otağa dolmağa çalışan milçəkləri qovmaq yayın ən zəhlətökən problemlərindən biridir. Hamımız yaxşı bilirik ki, bir çox dərman şirkətləri milçəkləri məhv edən müxtəlif cihazlar və vasitələr təklif edir. Təəssüf ki, onlar insan, xüsusilə uşaq sağlamlığına mənfi istiqamətdə təsirlər göstərə bilir.

Sputnik Azərbaycan publika.az-a istinadən milçəkləri evdən qovmağın təbii və zərərsiz üsulunu təqdim edir. Belə ki, evinizə ağcaqanad və milçək girməsini istəmirsinizsə, spirtli sudan istifadə edin. Onunla həşəratları həqiqətən uzaqlaşdırmaq olar. Daim bir yerdə toplaşmağa meylli olan milçəklər üçün bu, ən təsirli yoldur.

Milçəklər spesifik qoxuya malik olan spirtə qarşı dözümlü deyil. Spirti şəffaf qabların, paketlərin içərisinə yerləşdirib qapı önünə, pəncərə önünə və ya hər hansı işıqlı yerə qoyun. Şəffaf paketlər günəş işığının qırılmasına və prizmalar yaranmasına səbəb olacaq. Bu optik təsir sayəsində uçan milçəklər həm qoxudan, həm də işıqdan uzaqlaşmağa çalışacaq.

Əlaqədar

Azərbaycanda yeni həşəratlar tapıldı
Bu həşəratların intellekti alimləri heyrətə saldı
Şamaxıda 14 yaşlı qızı həşərat sancdı və o, öldü
Həşəratların ölüm rəqsi
Bu həşərat Azərbaycana milyonlar qazandıra bilər
Teqlər:
milçək, müdafiə, spirt

Əsas mövzular