23:07 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
409 0 0

Pəhləvanlarımız başları və əlləri ilə mismarı taxtaya vurmağı bacarıblar

BAKI, 7 iyun — Sputnik. "America's Got Talent" şousu dünyaca məşhur layihələrdəndir. Dünən baş tutan növbəti iştirakçı seçkiləri zamanı azərbaycanlı iki qardaş münsiflər heyətini və tamaşaçıları heyrətləndirməyi bacarıb.

Sputnik Azərbaycan xəbər verir ki, Hüseyn və Laçın Pəhləvanoğlu qardaşları, qədim Azərbaycan idman növü sayılan pəhləvanlıq nümayiş etdiriblər. Çıxış zamanı pəhləvanlarımız başları ilə mismarları taxtaya vurublar, eyni zamanda əlləri ilə mismarı taxtaya vurmağı bacarıblar.

Bundan başqa, mismar üzərinə uzanaraq ağır çəkili insanı sinəsi üzərinə çıxarıblar. Bir sözlə, təhlükəli nömrələr göstərən pəhləvan qardaşlar bütün amerikalıları təəccübləndirə biliblər.

Əlaqədar

Ağır çəkili pəhləvanımız medalsız qaldı
Dişləri ilə avtomobil dartan 8 yaşlı pəhləvan
Azərbaycanlı pəhləvan izləyiciləri heyrətə saldı
Yeniyetmə pəhləvanlar öz güclərini sınayırlar
Teqlər:
pəhləvan, münsiflər heyəti, "America's Got Talent" şousu, tamaşaçı, azərbaycanlı

Əsas mövzular