06:06 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
1023 0 0

May ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunur

BAKI, 22 may — Sputnik. Paytaxtımızda keçirilən Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar, şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi "Oyun zolaqları" çəkilib ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdu.

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi yeni məlumat yayıb. İdarə sürücülərin diqqətinə çatdırır ki, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə cari il may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunur.

Qeyd edək ki, daha əvvəl bu zolaqlarda sərbəst hərəkət etməyə mayın 26-dan icazə veriləcəyi bildirilirdi.

Əlaqədar

Sarı zolağa görə üç günə bu qədər cərimə yazılıb
Bakıda sarı zolaq ziddiyyəti — sizi aldada bilərlər
Sarı zolağa çıxan avtomobillər hələ 10 gün də cərimələnəcək
Sarı xətti keçən 600-ə yaxın avtomobil cərimələnib
Teqlər:
sarı zolaq, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları, paytaxt, küçə

Əsas mövzular