Hidrometeorologiya Departamenti xəbərdarlıq edir

© Sputnik / Murad OrujovНа Баку обрушился ливень
На Баку обрушился ливень - Sputnik Azərbaycan
Abunə olmaq
Mayın 23-ü axşam şimal və qərb rayonlarından başlayaraq mayın 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir

BAKI, 22 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman olacaq.

Bakıda yağışlı hava - Sputnik Azərbaycan
Proqnoz açıqlandı: ehtiyatlı olun

Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Nazirlik xəbərdarlıq da edir: Mayın 23-ü axşam şimal və qərb rayonlarından başlayaraq mayın 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər lenti
0