13:44 20 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Bakıdakı bazarlardan birində kartof satışı, arxiv şəkli

ABŞ alimlərinin apardığı tədqiqat inanılmaz gerçəyi üzə çıxardı

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
426642

Kartofdan çox istifadə edən adamların kökəldiyi barədə mif alt-üst oldu

BAKI, 10 may — Sputnik. Alimlər apardıqları tədqiqat nəticəsində kartofdan çox istifadə edən adamların kökəldiyi barədə mifi alt-üst ediblər. Məlum olub ki, geniş yayılmış bu fikrə baxmayaraq, kartofu dieta vaxtı da yemək olar.

Tədqiqatçılar sübut ediblər ki, kartof piylənmə yaratmır.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu qənaətə ABŞ alimləri apardıqları tədqiqat nəticəsində gəliblər.

ABŞ-ın elmi-araşdırma mərkəzlərindən birinin əməkdaşlarının verdiyi izahata görə, kartofdan hazırlanan yeməkləri arıqlama zamanı da istifadə etmək olar. Arıqlama zamanı vacib olan qəbul olunan qidanın ümumi kalorisinə nəzarət etməkdir.

Tədqiqatçılar artıq çəkidən əziyyət çəkən 90 könüllü arasında eksperiment aparıblar. Mütəxəssislər könüllüləri üç qrupa ayırıblar. Bu qruplardan hər birinə müxtəlif dieta reseptləri tətbiq edilib. Birinci qrupa alimlər yüksək qlikemik indeksli az kalorili dieta, ikinciyə yalnız aşağı qlikemik indeksli ərzaqlar, üçüncüyə isə məhdudiyyətsiz qidalardan ibarət dieta tətbiq ediblər.

Eyni zamanda iştirakçıların hamısına həftədə 5-7 pay kartof veriblər. Eksperiment 3 ay çəkib. Bu müddət ərzində praktiki olaraq bütün eksperiment iştirakçıları təqribən eyni qədər çəki itiriblər. Alimlər müəyyən ediblər ki, kartof əvvəllər hesab edildiyi kimi, heç də arıqlayanlar üçün təhlükəli deyil. Hətta düzgün istifadə olunduqda kartof hətta artıq çəki ilə mübarizəyə kömək edir.

Əsas mövzular