Polisin müsadirə etdiyi alkoqolu siçovullar içib

© Photo : PRASHANT RAVİSpirtli içki şüşələri polis məntəqəsində dəlil kimi saxlanılırdıq
Spirtli içki şüşələri polis məntəqəsində dəlil kimi saxlanılırdıq - Sputnik Azərbaycan
Abunə olmaq
900 min litrdən çox qeyri-leqal alkoqolun əksəriyyətinin siçovullar tərəfindən içildiyi iddiası təsdiqlənməsə, polisləri həbs cəzası gözləyir

BAKI, 7 may — Sputnik. Hindistanın şərqindəki Bixar ştatında siçovullar müsadirə edilmiş yüz litrlərlə spirtli içkini içib.

Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, bunu yerli polislər bildiriblər.

2016-ci ilin aprelində ştatda spirtli içki satışı və istifadəsinə qadağa qoyulub. Həmin vaxtdan bəri polis 900 min litrdən çox qeyri-leqal alkoqol aşkarlayıb.

Polis bildirib ki, müsadirə edilmiş alkoqolun böyük hissəsini siçovullar məhv edib. Polis rəhbərliyi bununla bağlı araşdırmalara başlayıb.
Hələlik spirtli içkinin nə qədərinin yoxa çıxdığı bəlli deyil.

Polislərin bu içkiləri istifadə etməsi ehtimalı da yoxlanılır. Bu iddia təsdiqlənərsə, onlar vəzifədən uzaqlaşdırılacaq və qanun qarşısına çıxarılacaqlar.

Spirtli içki şüşələri polis məntəqəsində dəlil kimi saxlanılırdı.

Bu ştatda alkoqoldan istifadə və satışa görə 10 il həbs nəzərdə tutulub.

Xəbər lenti
0