16:48 21 İyul 2017
Canlı yayım
Bakıda yağış, arxiv şəkli

Şiddətli hava şəraiti davam edəcək - növbəti xəbərdarlıq

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
1647 0 0

Şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

BAKI, 21 aprel — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 14-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 5-10, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteorolji proqnoza gəlincə: Aprelin 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, aprelin 22-də güclü xəzri küləyinin aprelin 23-də arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

ETSN xüsusi xəbərdarlıq da edir: Ölkə ərazisində aprelin 22-dən 25-dək hava şəraitinin küləkli olacağı, qərb, şimal-qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclü olacağı gözlənilir. Aprelin 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Əlaqədar

Azərbaycanda sel təhlükəsi - hava şəraiti kəskinləşir
Nazirlikdən daha bir hava xəbərdarlığı
Xəbərdarlıq: Sabah Azərbaycanda qış havası olacaq
Yenə xəbərdarlıq: kəskin hava şəraiti bu tarixədək davam edəcək
Qeyri-sabit hava şəraiti davam edəcək
Sabaha hava xəbərdarlığı: yağış, şimşək, qar
Gecə hava dəyişəcək
Teqlər:
yağmursuz, dəyişkən buludlu, hava şəraiti, Abşeron yarımadası, Bakı, şimşək, külək, yağış

Əsas mövzular