00:24 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
169632

Zaqatala sakini yol çəkilişi zamanı texnikanın altında qalaraq ölüb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 aprel — Sputnik. Zaqatala rayon sakini çörək dalınca getdiyi Yevlax rayonunda faciəli şəkildə həyatını itirib.

Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə mərhumu tanıyan şəxslər məlumat verib. Zaqatala Təcili Tibbi Yardım stansiyası xəbəri təsdiqləyib.

Bədbəxt hadisə Yevlax rayonunun Aran qəsəbəsində həyata keçirilən yol çəkilişi zamanı baş verib. 59 yaşlı Elxan İmanov iştirak etdiyi yol çəkilişi zamanı asfalt hamarlayan texnikanın altına düşüb. Ağır bədən xəsarəti alan Elxan İmanov dərhal hadisə yerində dünyasını dəyişib.

Onunla birlikdə işləyən şəxslər hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildiriblər. Onlar qeyd ediblər ki, asfaltı hamarlayan texnika olduqca ağırdır və onu anında dayandırmaq mümkün deyil. Hadisə bir göz qırpımında baş verib və texnika İmanova ciddi xəsarət yetirib. Hadisə ilə bağlı dərhal mərhumun yaxınlarına məlumat verilib.

Faktla bağlı Yevlax rayonunun hüquq-mühafizə orqanları araşdırma aparır.

Əlaqədar

Bakıda fəhlə 6-cı mərtəbədən yıxılaraq öldü
Bakıda fəhlə faciəli şəkildə ölüb
Bakıda fəhlə evin damından yıxılaraq öldü
Teqlər:
asfalt hamarlayan texnika, asfalt, fəhlə, Zaqatala, faciə, Yevlax

Əsas mövzular