10:26 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Qubada qar

Yazda qış havası: qar, şaxta, külək

© Sputnik / Leyla Abdullayeva
XƏBƏRLƏR
Qısa URL
756432

Aprelin 1-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz əksər rayonlarda yağıntıda qısa fasilə yaranacağı gözlənilir

BAKI, 31 mart — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 1-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz əksər rayonlarda yağıntıda qısa fasilə yaranacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: aprelin 1-də meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Əlaqədar

Hava şəraiti yenidən dəyişir
Hava yenə dəyişəcək
Xəbərdarlıq: hava yenə dəyişəcək
Kəskin hava şəraiti paytaxta yaxınlaşır
Soyuq hava xəbərdarlığı gəldi
Nazirlikdən qeyri-sabit hava xəbərdarlığı
Nazirlikdən bayramda hava xəbərdarlığı
Hava limanında insident: uçuşlar dayandırıldı
Teqlər:
Abşeron yarımadası, qar, Bakı, şaxta, külək, hava, yağış

Əsas mövzular