CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəbərdarlıq: yol polisi taksi sürücülərinə qarşı reydlərə başlayır

Abunə olmaq
"Nasaz avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi görülən irimiqyaslı işlərin üzərinə kölgə salır, xarici vətəndaşlarda ölkəmiz haqqında xoşagəlməz təəssürat yaradır"

BAKI, 22 mart — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) respublika ərazisində taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib. BDYPİ-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə deyilir:

Taksi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Taksi sürücülərinə bəd xəbər

"Son bir neçə ildə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması istiqmətində xeyli iş görülüb, nəticədə ölkəyə turist axını xeyli sayda artıb. Lakin təəssüflə qeyd etməliyik ki, nəqliyyat sahəsində çalışan ayrı-ayrı şəxslər tərəfindən pərakəndə şəkildə taksi fəaliyyətinin göstərilməsi, istismar müddəti çox olan, təhlükəsizlik tələblərinə cavab verməyən texniki nasaz avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi görülən irimiqyaslı işlərin üzərinə kölgə salır, xarici vətəndaşlarda ölkəmiz haqqında xoşagəlməz təəssürat yaradırlar.

Məlumat üçün bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı, daşımaları müəyyən edilmiş ərazi hüdudlarında, sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edə bilən və bu növ daşımalar üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan avtonəqliyyat vasitələri ilə həyata keçirməlidir. Taksi minik avtomobili «Taksi» tanınma nişanları ilə avtomobilin damında müvafiq fənərlə, sağ və sol qapılarda şahmat qaydasında yerləşdirilmiş damalarla təchiz olunmalı, onun salonunda taksometr, habelə sürücünün soyadı, adı, fotoşəkli və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır. Taksi sürücüləri avtomobillərini harada gəldi deyil, yalnız müvafiq təşkilatlar tərəfindən müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərində saxlayıb müştəri gözləməlidirlər.

Bir daha taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırırıq ki, qeyd olunan tələblərə cavab verməyən, habelə "Taksi" tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə, eləcə də taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durmasına görə cavabdeh şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar".

Xəbər lenti
0