06:56 25 May 2017
Canlı yayım
Qar

Sabaha gözlənilən hava şəraitinə hazır olun

© Sputnik / Rahim Zakiroğlu
XƏBƏRLƏR
Qısa URL
586011

Qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, axşam yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

BAKI, 16 fev — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 17-də arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında fevralın 17-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, axşam yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə: Fevralın 17-si axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Fevralın 18-də isə soyuq hava şəraitinə baxmayaraq havanın oksigenlə zəngin olması müsbət amildir.

Əlaqədar

Soyuq hava şəraiti şimal bölgəsini iflic edib
Nazirlikdən sərt hava xəbərdarlığı gəlib
Sabaha olan hava proqnozu açıqlandı
Qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Sabah hava küləkli olacaq
Sabah gözlənilən hava şəraiti açıqlanıb
Yağmursuz hava şəraiti gözlənilir
Sabahın hava proqnozu açıqlandı
Teqlər:
buz, temperatur, qar, soyuq, şaxta, isti, külək, hava

Əsas mövzular