04:22 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
560910

Bugünki valyuta hərracında təklif tələbatı 5 dəfədən çox üstələyib

BAKI, 9 fev — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə bu gün, fevralın 9-da təşkil etdiyi valyuta hərracına çıxarılan 35 mln. ABŞ dolları tam həcmdə satılmayıb. "Report"un bank dairələrindən aldığı məlumata əsasən, hərracda təxminən 6,5 mln. dollara yaxın və ya satışa çıxarılan ümumi vəsaitin 19%-i satılıb.

Dollar
© Sputnik / Murad Orujov

Bundan əvvəlki hərracda, fevralın 7-də təxminən 12 mln. dollar (34%), daha əvvəlki, yəni fevralın 2-də keçirilən hərracda isə 24 mln. dollar (69%) realizə olunub. "Report"un analitik qrupu bildirir ki, hərraclarda satılmayan vəsait il ərzində keçiriləcək növbəti hərraclarda, dollara tələbin daha yüksək olduğu aylarda cari məbləğə (35 mln. dollar) əlavə edilərək satışa çıxarıla bilər. Bu da dolların məzənnəsində sabitliyə nail olunmasına gətirib çıxaracaq.

Qeyd edək ki, ARDNF-in bu il valyuta hərraclarına 6,1 mlrd. manat və ya 1,75 AZN/USD məzənnəsi proqnozu diqqətə alınaraq 3,5 mlrd. dollar vəsait çıxaracağı bildirilir. Analitik qrupun hesablamalarına görə, bu, hər hərracda 35 mln. dollara yaxın vəsaitin satışa çıxarılması deməkdir ki, hazırda hərraca da məhz bu qədər valyuta çıxarılır.

Əlaqədar

Sabah dollarla bağlı növbəti şok yaşana bilər
Dolların məzənnəsi dəyişməyib
Dollar sahiblərinə "qara" xəbər
Dolların sabaha rəsmi məzənnəsi açıqlanıb
Dollar ciddi dəyər itirdi
Azərbaycanda dollar kəskin ucuzlaşdı
Yaxın müddətdə dollar bahalaşması gözlənilmir
Teqlər:
USD, AZN, AMB, bank, dollar, hərrac

Əsas mövzular