07:29 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0227
  • EUR2.0665
XƏBƏRLƏR
Qısa URL
1539341

Dünən axşam saatlarında dolları 1.80-in aşağısına salan banklar, bu gün yenidən məzənnəni qaldırıb

BAKI, 9 fev — Sputnik. Banklarda dolların satış qiymətinin cüzi də olsa qalxdığı müşahidə edilir. Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, dünən axşam saatlarında 1 dolları 1.79 manatdan satan NBC Bank bu gün dollara 1.80 manat satış qiyməti təyin edib. "Bank of Baku" dolların satış məzənnəsini 1.8260 manatdan 1.83 manata qaldırıb. Digər banklar isə dolların satış qiymətlərini aşağı salmayıb, məzənnələr olduğu kimi qalıb.

Alış qiymətinin də kəskin düşdüyü müşahidə olunmayıb. Bazarda minimum alış qiyməti 1.65 səviyyəsində qalır. Əvvəlki günlərdə səhər saatlarında alış qiyməti xeyli aşağı düşürdü. Bu gün bir sıra banklarda dolların alış qiyməti aşağı düşsə də, geriləmə 1.65 səviyyəsini qıra bilməyib. Alışı aşağı salan banklar dünən dollara nisbətən yüksək alış qiyməti təyin edən banklardır.

Qısası, bankların bugünkü məzənnələrindən dolların düşməsinin dayandığı hissi yaranır. Bu gün saat 12:00-da Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir. Dollar/manat məzənnəsində ciddi dəyişiklik hərracın nəticəsindən asılı olacaq.

Əlaqədar

Dolların məzənnəsi dəyişməyib
Dollar sahiblərinə "qara" xəbər
Dolların sabaha rəsmi məzənnəsi açıqlanıb
Dollar ciddi dəyər itirdi
Azərbaycanda dollar kəskin ucuzlaşdı
Yaxın müddətdə dollar bahalaşması gözlənilmir
Dollar sürətlə ucuzlaşır
Teqlər:
alış, satış, məzənnə, bank, dollar

Əsas mövzular