Xəbərdarlıq gəldi: hava şəraiti kəskin dəyişəcək

© Sputnik / Murad OrujovBakıda qar, arxiv şəkli
Bakıda qar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 27-dən ayın sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir

BAKI, 26 yan — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 27-si gündüzdən ayın sonunadək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir yağış yağacaq, bəzi yerlərdə sulu qara, qara keçəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında yanvarın 27-dən ayın sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7 dərəcə aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.

Xəbər lenti
0