Zaqatalada yanğın baş verib

CC0 / ernie / flameYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Zaqatalada 6 otaqlı fərdi yaşayış evi yanıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 yan-Sputnik. Zaqatalada fərdi yaşayış evi yanıb. Yanğın axşam saatlarında rayonun Mosul kəndində baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, yanğın Süleyman Rəcəb oğlu Məmmədova məxsus, ümumi sahəsi 156 kv/m olan kürsülü birmərtəbəli 6 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyü və tavanından 32 kv/m-lik sahə yanıb. Xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son zamanlar qazla ehtiyatsız davranma və elektrik naqillərində qısa qapanma səbəbindən Şəki-Balakən bölgəsində xeyli sayda yanğın hadisəsi qeydə alınıb. FHN bu hallarla bağlı dəfələrlə xəbərdarlıq etsə də, əhali yanğın təhlükəsizliyinə dair tələblərə ciddi riayət etmir.

Xəbər lenti
0