05:33 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0614
  • RUB0.0236
XƏBƏRLƏR
Qısa URL
143

Lənkəran sakininin İran vətəndaşı ilə alveri baha başa gəldi

BAKI, 23 yan — Sputnik. Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin satışının qarşısı alınıb. 

Lənkəran rayon Polis İdarəsinin əməkdaşları operativ əməliyyat-axtarış tədbirləri nəticəsində bu ay ərzində ikinci dəfə iri həcmdə güclü narkotik və psixotrop maddə aşkarlayıblar. Bu barədə Sputnik Azərbaycan-a Lənkəran rayon Polis İdarəsindən məlumat verilib.

Şənbə günündən bazar gününə keçən gecə polis Lənkəran şəhər sakini, Xətai küçəsində yaşayan 1981-ci il təvəllüdlü Məmmədov Aqşin Aslan oğlunu saxlayıb.

Əməliyyatçılar Məmmədovu avtomobillə Bakıya gələrkən saxlayıblar. Axtarış zamanı Məmmədovun üzərindən 2 kq 100 qr opium və 100 qr metamfetamin (amfetamindən hazırlanmış kristal məhsul) tapılaraq götürülüb. Məmmədov etiraf edib ki, şəhərdə opiumu 10 min manata, metamfetamini isə 5 min manata satmağa hazırlaşırmış.


İlkin istintaq zamanı saxlanılan şəxs bildirib ki, narkotiki Rza adlı İran vətəndaşından alıb.

Məmmədovun sözlərinə görə, o, iranlıya 10 min manat verib ki, ona gül üçün dekorativ qablar göndərsin. Amma Rza gül qabı almayıb. "Gül qabları yoxdur, pul xərclənib, amma əvəzində opium var, onu Bakıda sataraq böyük pul əldə edə bilərsən" — deyə iranlı Məmmədova bildirib. Məsələni beləcə həll ediblər. Məmmədov Rzadan opium və metamfetamin alıb və sərhəddən rahat keçirib. Amma Bakı yolunda onu asayiş keşikçiləri yaxalayıblar.

Qeyd edək ki, bir həftə əvvəl Lənkəran RPİ-nin əməkdaşları 2 kq opium tutublar. Hüquq-mühafizə orqanları həmçinin qeyd ediblər ki, Azərbaycan ərazisindən narkotik tranziti kimi istifadə edirlər.

Narkotrafik dövlət üçün üç böyük problem yaradır. Birincisi, cinayətkar qruplaşmalar tərəfindən narkotik marşrutu sahəsindəki vəziyyətin kriminallaşdırılmasıdır.

İkinci problem başda gənclər olmaqla çox sayda insanın narkotik vasitələrdən istifadəyə aludə olmasına şərait yaratmadır ki, nəticədə narkotikdən asılılar ordusunu yaranır. Bu isə nəticədə ölüm faizini yüksəldir. Eyni zamanda narkomanlar narkotik bazarının paylanmasında iştirak edirlər.

Üçüncü problem çoxtərəflidir — narkokartellər narkotrafik formalaşdırırlar ki, bu da qeyri-stabil situasiya yaradır və terror qruplaşmaları üçün əlverişli qida mənbəyi rolunu oynayır.

Əlaqədar

Narkotik alverçiləri tutuldular
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ana və qızı...
Cənub gömrüyündə narkotik əməliyyatı
Nazirlik əməkdaşında narkotik və silah aşkarlandı
Bəzi preparatlar narkotik vasitələr siyahısına salındı
Teqlər:
Lənkəran rayon Polis İdarəsi, Lənkəran, narkotik

Əsas mövzular