19:23 22 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Avtomobillər, arxiv şəkli

Paytaxt yollarında sürət həddi azaldıldı

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
26 0 0

Buna səbəb qarlı-şaxtalı hava şəraitinin davam etməsidir

BAKI, 15 dek — Sputnik. Paytaxtda bir sıra yollarda sürət həddi azaldılıb. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda davam etməkdə olan qarlı və şaxtalı hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə, Heydər Əliyev prospektinin Hava limanına qədər olan hissəsində, eləcə də Zığ dairəsindən Hava limanı istiqamətində və əks istiqamətlərdə hərəkət sürəti daha 10 km/saat endirilib.

Qeyd edək ki, səhər saatlarında paytaxtda müşahidə edilən faktiki hava şəraitinə uyğun metereoloji amillər nəzərə alınaraq, şəhərdaxili əsas magistral avtomobil yollarında nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi 20 km/saat endirilib.

Əlaqədar

Ölkə ərazisində 7 dərəcə şaxta gözlənilir, yollar buz bağlayacaq
Yol polisi xəbərdar edir: sürücülər ayıq olsunlar!
Bu il yol qəzalarında 700-ə yaxın insan həlak olub
Yol hərəkəti qaydaları dəyişdi
Dövlət Yol Polisindən əhaliyə xəbərdarlıq
Teqlər:
sürət, yol, Bakı, paytaxt, prospekt

Əsas mövzular