03:29 30 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
24 0 0

Dekabr ayı ərzində bir sıra rayonlarda vətəndaşlara səyyar xidmət göstəriləcək

BAKI, 5 dek — Sputnik. Səyyar ASAN xidmət 5-19 dekabr tarixində Siyəzən rayonunda, 5-24 dekabr tarixində Tovuz şəhərində, 5-14 dekabr tarixində isə Qaradağ rayonunun Ələt qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək."ASAN xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Səyyar ASAN xidmət avtobusları 14 noyabr — 13 dekabrda Astarada, 7 noyabr — 6 dekabrda Şamaxı və Yevlaxda, 25 noyabr — 9 dekabrda Göygöldə, 29 noyabr — 28 dekabrda Qubada, 2 — 16 dekabrda isə Saatlıda vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Əlaqədar

Sabah "ASAN Xidmət" mərkəzləri işləməyəcək
Artıq "ASAN Xidmət"in bu imkanlarından da faydalana biləcəyik
Səyyar ASAN səfərə çıxır
ASAN Xidmət Kürdəmirə yola düşüb
Səyyar ASAN bu rayonlara gedir
Səyyar ASAN Biləcəriyə gedir
Teqlər:
vətəndaş, səfər, xidmət, rayon, ASAN Xidmət, Səyyar ASAN xidmət, Səyyar ASAN, səyyar

Əsas mövzular