01:14 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Türkiyənin məşhur aktrisası Türkan Şoray Bakıda

Türkan Şoray və Rober Osseyn Xəzər Universitetində olublar

© Sputnik / Fuad Hasanov
XƏBƏRLƏR
Qısa URL
8701

Tədbirdə Türkiyənin ölkəmizdəki səlahiyyətli səfiri Erkan Özoral, Sabir Rüstəmxanlı, Rasim Balayev, Ramiz Rövşən, Fidan Hacıyeva, Ramiz Quliyev və b. iştirak ediblər.

BAKI, 17 noy – Sputnik. Türkiyənin məşhur aktrisası Türkan Şoray və Azərbaycan əsilli fransız aktyoru Rober Osseyn Bakıda Xəzər Universitetində olublar. Sputnik xəbər verir ki, sənətkarlara Avrasiya Akademiyasının fəxri üzvü diplomu və Avrasiya Akademiyasının "Avrasiya Əfsanəsi" mükafatı verilib. Türkan Şoray Avrasiya Akademiyasına üzv seçilən və "Avrasiya Əfsanəsi"nə layiq görülən ilk qadındır.

Türkan Şoray
© Sputnik / Fuad Hasanov
Türkan Şoray: Burada insanların sevgisini hiss edirəm. Bu, məni çox sevindirir.

Türk aktrisası mətbuata açıqlamasında Bakıya gəlməkdən şad olduğunu deyib:

"Yenidən bu şəhərdə olduğum üçün çox sevinirəm. Burada insanların sevgisini hiss edirəm. Bu, məni çox sevindirir. Bütün azərbaycanlıları çox sevirəm".

Azərbaycan əsilli fransız aktyoru Rober Osseyn Bakıda
© Sputnik / Fuad Hasanov
Azərbaycan əsilli fransız aktyoru Rober Osseyn Bakıda

Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Sabir Rüstəmxanlı, Rasim Balayev, Ramiz Rövşən, Fidan Hacıyeva, Ramiz Quliyev və b. iştirak ediblər.

Əsas mövzular