14:37 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Sulu qar

Sulu qar yağacaq, temperatur 3 dərəcəyə düşəcək

© Sputnik / Александр Натрускин
XƏBƏRLƏR
Qısa URL
517352

Arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, gündüz qərb rayonlarında yağıntının tədricən kəsiləcəyi gözlənilir

BAKI, 16 noy — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 17-də arabir yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-şərq küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 17-də duman olacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, gündüz qərb rayonlarında yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.

Əlaqədar

Hava şəraiti dəyişir
Çiskinli hava yaxınlaşır
Yağmursuz hava şəraiti gözlənilir
Sabahın hava proqnozu açıqlandı
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Paytaxt və rayonlarda gözlənilən hava şəraiti
Teqlər:
soyuq, isti, sulu qar, temperatur, külək, yağış, hava

Əsas mövzular