06:03 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
1801

"STOP METSAMOR" Koalisiyasının koordinatoru 11-ci Avropa Nüvə Enerjisi Forumunda iştirak edib

BAKI, 14 okt — Sputnik. 3-4 oktyabr 2016-cı il tarixlərində Slovakiyanın paytaxtı Bratislava şəhərində 11-ci Avropa Nüvə Enerjisi Forumu keçirilib. Sputnik xəbər verir ki, Forumda bir çox məsələlərlə yanaşı, nüvə təhlükəsizliyi mövzusu da diqqət mərkəzində olub. Forumda vətəndaş cəmiyyəti nümayəndələri ilə yanaşı, Slovakiyanın baş naziri Roberto Fiko, Çexiyanın baş naziri Bohuslav Sobotka, Avropa Komissiyasının Enerji məsələləri üzrə direktorunun müavini Gerassimos Tomas da iştirak edib.

Forumda çıxış edən dövlət rəsmiləri və ekspertlər Avropa bazarında nüvə enerjisinin əldə olunmasında təhlükəsizlik amilinə diqqətin artırılmasının vacibliyindən danışıblar. "Stop Metsamor" Koalisiyasının koordinatoru Paola Kasaqrande Metsamor Atom Elektrik Stansiyasının region dövlətləri üçün yaratdığı təhlükələrlə bağlı məlumatları forum iştirakçılarının diqqətinə çatdırıb.

Slovakiyanın paytaxtı Bratislava şəhərində 11-ci Avropa Nüvə Enerjisi Forumu keçirilib
© Photo : STR
Slovakiyanın paytaxtı Bratislava şəhərində 11-ci Avropa Nüvə Enerjisi Forumu keçirilib

Xanım Kasaqrande, nitqində Avropa institularına səslənərək qeyd edib ki, "əgər Avropa Şurası ona üzv olan ölkələrdə mövcud yüksək riskə malik olan AES-lər ilə əlaqədər tədbirlər həyata keçirə bilmirsə, biz qabaqlayıcı addımlar atılması siyasətindən danışa bilmərik, özəlliklə bu AES Ermənistanda yerləşirsə".

Tədbir digər ekspertlərin müzakirələri ilə davam edib. Qeyd edək ki, toplantının sonunda 12-ci Avropa Nüvə Enerjisi Forumunun Çexiyanın paytaxtı Praqa şəhərində keçirilməyi qərara alınıb.

Əlaqədar

"Metsamor" AES-in doğurduğu təhlükələr AEBA rəhbəri ilə müzakirə edilib
"Metsamor" AES-in radiasiyalı suları Oxçuçay vasitəsilə Araza axıdılır
Teqlər:
Paola Kasaqrande, Metsamor AES, Avropa Nüvə Enerjisi Forumu, Slovakiya, atom

Əsas mövzular