02:59 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Здание Центральной избирательной комиссии Азербайджана

MSK referendumun nəticələrini təsdiqləyib

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
2301

Referendumda yol verilən nöqsanlara görə 6 seçki məntəqəsinin seçki komissiyası buraxılıb, 3 seçki məntəqəsində səsvermənin nəticələri tam, bir seçki məntəqəsində qismən ləğv edilib.

BAKI, 11 okt — Sputnik. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendumun) nəticələri barədə protokolu təsdiq edilib.

Sputnik-in məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında təsdiq edilən protokolda qeyd edilib ki, respublika üzrə seçici fəallığı 69,7 faiz olub.

Referendumda yol verilən nöqsanlara görə 6 seçki məntəqəsinin seçki komissiyası buraxılıb, 3 seçki məntəqəsində səsvermənin nəticələri tam, bir seçki məntəqəsində qismən ləğv edilib. Səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Referendum Aktının 29 hissəsinin hər birinin lehinə səs verdiyindən Referendum Aktı qəbul edilib.

MSK üzvlərinin hamısı protokola imza atıb.

Əsas mövzular