00:21 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
5601

Təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan hərbi hissələr, idarə heyətləri və qərargahlar cəlb olunub

BAKI, 3 okt — Sputnik. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, oktyabrın 3-dən Naxçıvan Muxtar Respublikası ərazisində komanda-qərargah təlimləri başlayıb. Sputnik Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan hərbi hissələr, idarə heyətləri və qərargahlar cəlb olunub.

Əldə edilmiş təcrübəyə əsaslanaraq təlimlərdə iştirak edən hərbi hissə və birləşmələr əməliyyatların əsas növlərinin keçirilməsi ilə Naxçıvan ərazisinin müdafiəsi, ümumilikdə ərazimizə qarşı düşmənin təhdidləri və təcavüzkar fəallığının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üzrə tapşırıqlar yerinə yetirəcəklər.

Eyni zamanda bölmələr silahlanmalarında olan yeni və müasir raket-artilleriya sistemləri, aviasiya vasitələri, digər silah və döyüş texnikasının tətbiqi ilə qarşı tərəfin müdafiəsinin dərinliyindəki hərbi-strateji obyektlərin məhv edilməsi tapşırıqlarını da icra edəcəklər.

Əlaqədar

Rusiya Qafqazda genişmiqyaslı hərbi təlimlərə başladı
Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatıb
Rusiya Xəzərdə hərbi təlimlər keçəcək
Operativ-taktiki təlimlər davam edir
Azərbaycanla Türkiyə birgə hərbi təlimlərə başladı
Teqlər:
təlim, Silahlı Qüvvələr, Müdafiə Nazirliyi, Naxçıvan, İlham Əliyev, ordu

Əsas mövzular