11:50 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
2901

Vətəndaşlar evlərində və ya iş yerlərində səyyar qaydada Asan İmza xidmətinə qoşula biləcəklər

BAKI, 28 sen — Sputnik. Artıq sifarişli əsaslarla həyata keçirilən Səyyar ASAN xidmət-ə Asan İmza sertifikatının verilməsi xidməti də əlavə olunacaq. Sözügedən xidmətdən istifadə edərək vətəndaşlar evlərində və ya iş yerlərində səyyar qaydada Asan İmza xidmətinə qoşula biləcəklər.

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Vergilər Nazirliyi tərəfindən həyata keçirilən Asan İmza xidmətinə qoşulma "Bakcell" və "Azercell" operatorları tərəfindən göstəriləcək. Xidmətin sifarişi isə 9-108 nömrəli "Çağrı" mərkəzi vasitəsi ilə mümkündür.

Səyyar xidmətlər dedikdə qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.

Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Aprel 2009-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş "Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına" əsasən) üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

Əlaqədar

"ASAN Xidmət"dən daha bir yenilik
ASAN Xidmət Mingəçevirdə
Səyyar ASAN 4 rayonu dolaşacaq
ASAN Xidmət Kürdəxanıya gedir
Səyyar ASAN xidmət Qaxda
Səyyar ASAN xidmət Nardaranda
Teqlər:
vətəndaş, xidmət, sertifikat, Asan İmza, ASAN Xidmət, Səyyar ASAN, Səyyar ASAN xidmət

Əsas mövzular