13:15 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Референдум в Азербайджане

Avropa Xalq Partiyası: Referendum beynəlxalq standartlara uyğun keçirilib

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
Konstitusiyaya dəyişikliklərlə bağlı referendum (15)
18 0 0

"26 sentyabrda keçirilmiş referendum Azərbaycan xalqının iradəsini əks etdirir. Avropa Xalq Partiyasının nümayəndələri 20-ə yaxın məntəqədə səsvermə prosesini müşahidə ediblər", - deyə bəyanatda qeyd olunub.

BAKI, 26 sen — Sputnik. Avropa Xalq Partiyasının müşahidə missiyası Azərbaycanda keçirilən referendumla bağlı bəyanat verib.

Bəyanatda bildirilir ki, 26 sentyabrda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi azad, sərbəst, açıq və ən mütərəqqi beynəlxalq standartlara uyğun keçirilib.

"26 sentyabrda keçirilmiş referendum Azərbaycan xalqının iradəsini əks etdirir. Referendum zamanı bütün prosedurlar beynəlxalq standartlara uyğun olub. Avropa Xalq Partiyasının nümayəndələri 20-ə yaxın məntəqədə səsvermə prosesini müşahidə ediblər", — deyə bəyanatda qeyd olunub.

Bəyanatda bildirilir ki, nümayəndə heyəti səsvermə günündən əvvəl bəzi seçki məntəqələrində hazırlıq işləri ilə tanış olub və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə görüşüb: “Mərkəzi Seçki Komissiyası vətəndaşların ətraflı məlumatlandırılması, eləcə də səsvermə günü üçün nəzərdə tutulmuş prosedurlarla bağlı bütün hazırlıq işlərindən ibarət geniş təhlil təqdim edib.  EPP nümayəndə heyəti səsvermə məntəqəsində açılış prosedurlarında iştirak etdi və səsvermə müddətində digər məntəqələrə baş çəkdi, eləcə də səsvermə məntəqələrindən birinin bağlanması prosesini müşahidə etdi. Baş çəkilən bütün məntəqələrdə prosedurlar beynəlxalq normalara uyğun idi, seçicilərə müvafiq kömək göstərilirdi, böyük əksəriyyət prosesin mahiyyəti və səsvermə proseduru barədə yaxşı məlumatlanmışdı, eyni zamanda hərbçilər yaxud polis işçilərinin olmadığı qeydə alındı”.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəvəti əsasında Avropanın aparıcı siyasi ailəsi olan EPP-nin – Avropa Xalq Partiyasının nümayəndə heyəti 26 sentyabr 2016-cı il Konstitusiya referendumunun müşahidəsi məqsədilə Azərbaycana səfər edib.

Nümayəndə heyəti 7 dövləti təmsil edən və digər seçki müşahidələrində təcrübəyə malik 11 üzvdən, o cümlədən Avropa Parlamenti və milli parlamentlərin hazırkı və keçmiş üzvləri, Avropa İttifaqı hökumətlərinin keçmiş üzvlərindən ibarətdir.

Mövzu:
Konstitusiyaya dəyişikliklərlə bağlı referendum (15)

Əsas mövzular