21:28 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
40 0 0

AŞPA-nın Strasburq şəhəridə davam edən sessiyasında FETÖ-nün 15 iyul dövlət çevrilişi cəhdindən sonra Türkiyədəki vəziyyət dəyərləndirilib.

BAKI, 14 sen — Sputnik. Avropa Parlamentinin komissarı Yohannes Han İttifaq olaraq Fətullah Gülən şəbəkəsinin böyük təhdid olduğunu anlaya bilmədiklərini söyləyib.

Sputnik TRT Haber-ə istinadən xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının Strasburq şəhəridə davam edən sessiyasında FETÖ-nün 15 iyul dövlət çevrilişi cəhdindən sonra Türkiyədəki vəziyyət dəyərləndirilib.

İclasda Türkiyə səfəri haqqında məlumat verən Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini Aİ-nin 15 iyul gecəsi Türk demokratiyası və təşkilatlarını müdafiə etmək və seçkilər nəticəsində hakimiyyətə gəlmiş rəhbərliyini dəstəkləmək üçün hərəkətə keçdiyini ifadə edib.

Mogherini, "Avropa olaraq açıq və səmimi bir dəstək ismarıcı göndərdik, o gecə Monqolustandaydım və şəxsən dərhal demokratik quruluşu müdafiə etmək üçün hərəkətə keçdim" deyə bildirib.

Əlaqədar

Co Bayden Fətullah Gülənin ekstradisiyasından danışdı
Fətullah Gülən Azərbaycan hakimiyyətinə hədə-qorxu gəlib
Azərbaycanda Fətullah Gülənin tərəfdarları həbs olunub
Fətullah Gülənə 1900 illik həbs cəzası istənilir
Barak Obama Fətullah Gülən haqqında danışdı
Teqlər:
Türkiyə, Federica Mogherini, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti, Strasburq, Avropa Şurası Parlament Assambleyası, Fətullah Gülən, Yohannes Han, Avropa Parlamenti

Əsas mövzular