18:37 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
100910

Məşhur kaman ustası bir il öncə öz evində uzun sürən xəstəlikdən dünyasını dəyişib.

BAKI, 8 sent-Sputnik. Xalq artisti Habil Əliyev bir il əvvəl Bakıda 88 yaşında dünyasını dəyişib.

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.

1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib. 

Habil Əliyev "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib. 

Kaman ustası keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olub, ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb. 

1978-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub.

Teqlər:
İtaliya, Mozambik, Tunis, kaman, Mədəniyyət və Turizm Nazirliyi, xalq artisti Habil Əliyev, Amerika, Türkiyə, Pakistan, Almaniya, Habil Əliyev, Azərbaycan

Əsas mövzular