13:26 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Məcid Bahçıvan

Türkiyədə Azərbaycan əsilli tanınmış iş adamı vəfat edib

© Foto : haberturk.com
XƏBƏRLƏR
Qısa URL
64 0 0

O, iş adamı kimi fəaliyyəti və sosial layihələrdə iştirakı ilə bağlı Türkiyə Böyük Millət Məclisinin "Ali Xidmət" mükafatına layiq görülüb

BAKI, 3 sen — Sputnik. Türkiyədə Azərbaycan əsilli iş adamı, "Bahçıvan Gıda" şirkətinin qurucusu və şirkətin İdarə Heyətinin sədri, "Pendir kralı" adlandırılan Məcid Bahçıvan 85 yaşında vəfat edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, M. Bahçıvanın cənazəsi sabah İstanbulda Fatih məscidində qılınacaq günorta namazından sonra Ədirnəqapı şəhidliyində dəfn ediləcək.

Qeyd edək ki, M. Bahçıvan 1931-ci ildə İrəvanda tanınmış azərbaycanlı ailəsində anadan olub. 1930-cu illərin sonlarında ailəsi ilə birlikdə öncə İrana, iki il sonra isə Türkiyəyə köçüb. M. Bahçıvan 1960-cı illərdə Türkiyədə pendir istehsalı ilə məşğul olmağa başlayıb, Türkiyədə pendir ticarətinin 50 faizinə nəzarət edib.

Buna görə də "Pendir kralı" ləqəbi ilə məşhurlaşıb. M. Bahçıvan iş adamı kimi fəaliyyəti və sosial layihələrdə iştirakı ilə bağlı Türkiyə Böyük Millət Məclisinin "Ali Xidmət" mükafatına layiq görülüb.

Əlaqədar

Azərbaycanın tanınmış bəstəkarı vəfat etdi
İsveçrədəki səfir vəfat edib
Eyni ayda vəfat edən ana və oğlu - iki musiqi nəhəngi
Dünyanın ən yaşlı qadını vəfat etdi
Xalq şairi vəfat etdi
Hans-Ditrix Genşer vəfat edib
Teqlər:
Məcid Bahçıvan, "Pendir kralı", "Bahçıvan Gıda", vəfat, Türkiyə, Azərbaycan

Əsas mövzular