14:47 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
983801

Bu virusun yayılma riski yüksəkdir.

BAKI, 23 avq-Sputnik. Tanınmış alimlər yaxın iki ildə də Zika virusunun ABŞ əhalisini təhdid edəcəyini bildirib.

Sputnik "healthvesti.com" saytına istinadla xəbər verir ki, bu, bir neçə laboratoriya sınağı və təcrübəsinin həyata keçirilməsindən sonra mütəxəssislərin gəldiyi nəticədir.

Həkimlərin sözlərinə görə, ABŞ-ın cənub ştatlarının sakinləri arasında Zika xəstəliyinin yayılması riski yüksəkdir. Bu barədə məlumatı Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) direktoru Entoni Fauçi verib.

Hazırda aparıcı alimlərlə əməkdaşlıq edən hakimiyyət orqanları infeksiyanın daha geniş yayılmasının qarşısını almaq üçün bütün vasitələri işə salıblar. Tədqiqatçılar virusun potensial daşıyıcısı ola biləcək ağcaqanadların sayına nəzarət edirlər.

Xəstəliyə yoluxma halları Texas, Florida, Alabama, Luiziana və Missisipi ştatlarında qeydə alınıb.

Əlaqədar

Düşüncə ilə yoluxan virus
Azərbaycanla Gürcüstan arasında virus çəkişməsi
Dəhşətli virus sərhədlərimizdə: hökumət bizi necə qoruyur?
Avropada ölümcül virus qeydə alınıb
Yeniyetmələri öldürən dəhşətli virus
Hər gün 225 mindən çox yeni virus qeydə alınır
Teqlər:
"zika" virusu, virus, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu, Entoni Fauçi, ABŞ

Əsas mövzular