10:08 24 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9496
Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanası

Rövşən Lənkəranski ilə bağlı son xəbər: Tibb bacısı Sputnik-ə danışdı

© Foto : STR
XƏBƏRLƏR
Qısa URL
397661

"Xəstəmiz sağdır, yaşayır, onun öldüyü barədə xəbərlər həqiqətə uyğun deyil"

Bakı, 18 avq — Sputnik. "Mən Rövşən bəyin tibb bacısıyam. Hazırda yanındayam, onun vəziyyətinə nəzarət edirəm. Narahat olmayın, o yaşayır, öldüyü ilə bağlı xəbərlər yalandır. Rövşən bəyin ailəsi, yaxınları da hazırda buradadırlar. Biz xəstə üçün lazım olan hər şeyi edirik".

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski
© Foto : PUBLIC DOMAIN

Bu fikirləri Sputnik-ə, Rövşən Lənkəranskinin reanimasiyaya yerləşdirildiyi İstanbul Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasının təcili yardım şöbəsinin tibb işçisi məlumat verib. Tibb bacısı deyib ki, xəstənin vəziyyəti ilə bağlı telefonla məlumat vermək xəstəxananın qaydalarına ziddir. "Onun vəziyyəti barədə hazırda xəstəxanada olan yaxınlarına bilgi verilir. Yalnız onu deyə bilərik ki, xəstəmiz sağdır, yaşayır, onun öldüyü barədə xəbərlər həqiqətə uyğun deyil".

Qeyd edək ki, bu gecə İstanbulda bir oteldən çıxan, Azərbaycan nömrəli, bahalı avtomobil çarpaz atəşə məruz qalıb. Hadisə nəticəsində, avtomobilin sahibi, azərbaycanlı iş adamı yaralanıb, sürücüsü isə həyatını itirib.

Cinayətkarlar ucuna susdurucu qoyulmuş uzun lüləli tüfəng və silahı hadisə yerində qoyaraq qaçıblar. Oteldən çıxan "Range Rover" markalı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb. Çarpaz atəşə tutulan avtomobil dəlik-deşik edilib.

Avtomobilin içərisində olan azərbaycanlı iş adamı Rövşən Əliyev və adı bilinməyən sürücüsü ağır yaralı olaraq təcili yardımla xəstəxanaya aparılıb. Hadisədən sonra bölgəyə çox sayda polis sövq edilib. Zirehli bir polis maşını ətrafda təhlükəsizlik tədbirləri alıb.

"Florance Nightingale" xəstəxanasına aparılan sürücü həyatını itirib. Yaralı iş adamı Ravşan Əliyevin isə "Şişli Etfal" xəstəxanasında müalicə altına alınıb. Polis qaçanların tutulması üçün tədbirlər görür.

Əlaqədar

Bakıda "kriminal avtoritet"lər arasında atışma olub
Azərbaycanda böyük kriminal kataklizmlər təhlükəsi
Qadınlarla bağlı kriminal xəbərləri yaymalı, yoxsa yaymamalı?!
Teqlər:
avtoritet, Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanası, Rövşən Lənkəranski, kriminal

Əsas mövzular