12:29 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
456220

Avqustun 18-də hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

BAKI, 17 avq — Sputnik. Bakıda və Abşeron yarımadasında avqustun 18-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada şimal-qərb küləyi gündüz cənub-şərq küləyilə əvəz olunacaq.

Parçalı-buludlu hava
© Sputnik / Murad Orujov

Havanın temperaturunun gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 18-də hava şəraiti əsasən yağmursuz keşəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: avqustun 18-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Əlaqədar

Sabah hava küləkli olacaq
Hava məhz həmin gündən başlayaraq soyuyacaq
Təhlükəli hava şəraiti davam edəcək
Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə yüksəkdir
Sabah havanın temperaturu yenə yüksələcək
Teqlər:
iqlim, temperatur, soyuq, isti, hava

Əsas mövzular