11:54 21 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Parçalı-buludlu hava

Sabahın hava proqnozu açıqlandı

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
106 0 0

Havanın temperaturunun gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

BAKI, 16 avq — Sputnik. Bakıda və Abşeron yarımadasında avqustun 17-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada şimal-qərb küləyi gündüz cənub-şərq küləyilə əvəz olunacaq.

İsti hava. Arxiv şəkli
© Sputnik / Maksim Bogodvid

Havanın temperaturunun gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 17-də hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Avqustun 17-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Əlaqədar

Sabah hava küləkli olacaq
Hava məhz həmin gündən başlayaraq soyuyacaq
Təhlükəli hava şəraiti davam edəcək
Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə yüksəkdir
Sabah havanın temperaturu yenə yüksələcək
Sabah Azərbaycanda havanın temperaturu yüksələcək
Teqlər:
bulud, yağış, külək, soyuq, isti, hava

Əsas mövzular