11:37 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Вид на Анкару. Архивное фото

Türkiyədə çevriliş cəhdindən sonra 67 min məmur işdən qovulub

© Sputnik / Anton Denisov
XƏBƏRLƏR
Qısa URL
4511

Məmurlar Fətullah Gülənin tərəfdarı hesab olunaraq öz iş yerlərini itiriblər.

BAKI, 29 iyul-Sputnik. Türkiyədə son günlərdə ümumilikdə 66 736 məmur işdən qovulub.

Sputnik-in məlumatına görə, bu şəxslər "Fətullahçı Terror Təşkilatı"nın (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində iş yerlərini itiriblər.

Məlumata görə, Milli Təhsil Nazirliyində 42 767, Daxili İşlər Nazirliyində 8 777, Səhiyyə Nazirliyinə 5 841, Ərzaq, Kənd təsərrüfatı və Heyvandarlıq Nazirliyində 1 379, Əmək və Sosial Müdafiə Nazirliyində 1 180, Maliyyə Nazirliyində 1 500, Ailə və Sosial Siyasət Nazirliyində 599, Elm, Sənaye və Texnologiya Nazirliyində 560, Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyində 529 nəfər vəzifədən kənarlaşdırılıb.

Enerji və Təbii Ehtiyatlar Nazirliyində 300, Gənclər və İdman Nazirliyində 265, Milli Müdafiə Nazirliyində 262, Meşə və Su Təsərrüfatı Nazirliyində 221, Gömrük və Ticarət Nazirliyində 184, Ətraf Mühit və Şəhərsalma Nazirliyində 167, Mədəniyyət və Turizm Nazirliyində 110, Türkiyə Xarici İşlər Nazirliyində 88, İnkişaf Nazirliyində 82, Avropa İttifaqı Nazirliyində 22 və İqtisadiyyat Nazirliyində 15 nəfər tutduğu vəzifəni itirib.

Bundan başqa, Nazirlər Kabinetində 257, Nazirlər Kabineti yanında Dini İşlər İdarəsində 1 112, Bankların Fəaliyyətinə Nəzarət Təşkilatında (BDDK) 86, Enerji Bazarına Nəzarət Təşkilatında (EPDK) 25, İstanbul birjasında (BIST) 51, İnvestisiya Bazarı Təşkilatında (SPK) 36, Radio və Televiziya Şurasında (RTÜK) 29, Ankara Universitetində 4, Bülənt Ecevit Universitetində 31, TÜRKSAT-da 29, Mənzil İnşaatı İdarəsində (TOKİ) 22, TRT-də 300, Statistika İdarəsində (TÜİK) 21, Hesablama Palatasında (Sayıştay) 108, Xəzinə müşavirliyində 62 nəfər işindən uzaqlaşdırılıb.

Əlaqədar

Bu ölkə Fətullah Güləni qəbul edə biləcəyini açıqladı
Fətullah Gülən ABŞ-dan başqa ölkəyə köçə bilər
"ABŞ Fətullah Gülənə görə Türkiyəni itirmək istəməz"
Fətullah Gülənə aid özəl məktəblər və tələbə yataqxanaları bağlanır
Teqlər:
FETÖ, Fətullah Gülən, Türkiyə

Əsas mövzular