20:27 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
6710

Türkiyə prezidenti: Bu hərəkət Allahın bizə böyük lütfü, silahlı qüvvələrimizin təmizlənməsinə vəsilə olacaq bir addımdır.

BAKI, 16 iyul-Sputnik. "Bu xəyanətdir. Bu xəyanətin bədəlini bir şəkildə ödəyəcəklər."

Bu fikri hərbi çevrilişə cəhdlə bağlı mətbuat-konfransı keçirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz bu yola, hüquqi davaya başımızı qoymuşuq. Bu yola canımızla, kəfənimizlə çıxmışıq. Bu hərəkət Allahın bizə böyük lütfü, silahlı qüvvələrimizin təmizlənməsinə vəsilə olacaq bir addımdır." — deyə Ərdoğan bildirib.

"Biriləri nə olacağını çox yaxşı bilirdilər. Nə edirlər etsinlər, Türkiyə əvvəlki Türkiyə deyil." deyə Ərdoğa əlavə edib.

Türkiyə prezidenti hərbçilərin hərbi sürsatı öz hakimiyyətə qarşı çevirməsini belə şərh edib: "İndi olduğumuz Yaşılköydəki "Atatürk" hava limanına bir müddət əvvəl İŞİD terrorçuları hücum etmişdilər, dünən isə Türkiyə F-16-ları. Biz o F-16-ları Türkiyə dövlətini qorusun deyə almışıq, türk xalqının iradəsi əleyhinə hərəkətlərdə istifadə edilməsi üçün deyil."

Ərdoğan çevrilişə cəhd edənlərin bu barədə Pensilvaniyadan təlimat aldıqlarını qeyd edib.

"Mən daha əvvəl Marmarisdə idim. Mən oradan ayrılandan sonra oranı bombalayıblar və katibimi girov götürüblər. F-16-lar mənim təyyarəmi təcrid etmək istədilər" — deyə Ərdoğan əlavə edib.

Əsas mövzular