09:00 16 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9817
Ali məktəblərə qəbul imtahanı. Arxiv şəkli

Uşaqlar niyə imtahandan "2" alıblar?!

© Foto: REPORT
XƏBƏRLƏR
Qısa URL
8201

Təhsil Nazirliyi şagirdlərin IX sinifdə buraxılış imtahanından "2" qiymət almalarının səbəblərini açıqlayıb.

BAKI, 8 iyul-Sputnik. Təhsil Nazirliyi şagirdlərin IX sinifdə buraxılış imtahanından "2" qiymət almalarının səbəblərini açıqlayıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, son 3 ildə Azərbaycanda 20 mindən çox şagird milli qiymətləndirmədə iştirak edib. Araşdırmalar nəticəsində aydın olub ki, şagirdlərin IX sinifdə buraxılış imtahanında "qeyri-kafi" qiymət almalarının əsas səbəbi onların, əslində, ibtidai sinifdə, yəni, 4-cü sinifdə zəif nəticə göstərmələridir. Yuxarı sinifdə zəif nəticə göstərən şagirdlər ibtidai sinfi yaxşı mənimsəmədiklərindən yuxarı siniflərdəki məzmunu da qavramaqda çətinlik çəkirlər.

Qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən "Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə "(TSİİL) çərçivəsində 2013, 2014, 2015-ci illərdə həyata keçirilən milli qiymətləndirmə tədqiqatı ümumi təhsil müəssisələrinin müvafiq sinif şagirdlərinin oxuyub-anlama, Azərbaycan dili və riyaziyyat fənləri üzrə mənimsəmə səviyyəsini ölçmək məqsədi daşıyıb.

Milli qiymətləndirmə tədqiqatının keçirilmə prosesində təhsilin keyfiyyətinə təsir edən amillər kimi valideynlərin təhsilinin, məktəbəqədər hazırlığın, dərsdənkənar mütaliənin şagird nailiyyətinə təsiri, regionlar arasında şagird nailiyyətlərinin fərqi, kurrikulumun mənimsənilməsi səviyyəsi və digər məsələlər araşdırılıb.

Əlaqədar

V ixtisas qrupu üzrə imtahan keçirildi
Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirilir
İmtahan sessiyasının şəffaf keçirilməsi ilə bağlı görüşlər başlayıb
İmtahan həyəcanı və BDU-nun qarşısında qalanan zibillik
Bu gün rusdilli abituriyentlər Azərbaycan dilindən imtahan verəcəklər
Teqlər:
qeyri-kafi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, kurrikulum, Təhsil Nazirliyi, Azərbaycan, qiymət

Əsas mövzular