22:27 23 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
12301

Bu gündən etibarən 16, 18 və 96 saylı marşrut xətləri sözügedən tələblərə cavab vermədiyindən və təkrarlanan marşrut xətləri hesab olunduğundan BNA tərəfindən xəttdən çıxarılıb

BAKI, 9 iyun — Sputnik. Aparılan otimallaşdırma və təkmilləşdirmə işləri ilə əlaqədar olaraq Bakı Nəliyyat Agentliyində şəhər nəqliyyatında müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib. Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, görüş əsnasında qanunvericilikdən irəli gələn və BNA tərəfindən hazırlanan Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməyən daşıyıcılarla bağlı tədbir görüləcəyi sahibkarların diqqətinə çatdırılıb. N.Allahyarova Təkmilləşdirmə işlərinin davamı olaraq müvafiq sərəncama uyğun şəkildə 09.06.2016-cı il tarixindən etibarən 16, 18 və 96 saylı marşrut xətləri sözügedən tələblərə cavab vermədiyindən və təkrarlanan marşrut xətləri hesab olunduğundan BNA tərəfindən xəttdən çıxarılıb.

N.Allahyarova əlavə edib ki, tələblərə uyğun olmayan marşrut xətləri ilə bağlı analoji tədbirlər mərhələli şəkildə davam edəcək: "Əlavə olaraq qeyd edək ki, daşıyıcı şirkət standartlara və tələblərə cavab verən müasir avtobuslar təklif edərsə alternativ yeni xətlərdə həmin daşıyıcı şirkətlərin xidmətləri dəyərləndiriləcək".

Əlaqədar

62 saylı marşrutda faciə baş verib
Bakıda avtobus marşrutlarının dəyişdirilməsi NİİM-in diqqət mərkəzindədir
88 saylı marşrut avtobusu əvvəlki xətti ilə hərəkət edəcək
"Air Astana" rus silahları ucbatından Xəzər marşrutunu dəyişib
Bakıda daha bir marşrut xətti istifadəyə verilib
Teqlər:
Nuridə Allahyarova, marşrut, Bakı Nəliyyat Agentliyi, təkmilləşdirmə, otimallaşdırma, marşrut xətləri, avtobus

Əsas mövzular