18:25 11 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
18 0 0

Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

BAKI, 26 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.

Əlaqədar

Sabah hava buludlu olacaq
Sabaha olan hava proqnozu açıqlandı
Sabaha gözlənilən hava şəraiti
Xəbərdarlıq edildi: hava şəraiti kəskin dəyişəcək
Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq
May ayına gözlənilən hava proqnozu açıqlandı
Teqlər:
külək, isti, soyuq, günəş, hava

Əsas mövzular