17:18 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Мишель Обама. Архивное фото

Obama ailəsi keçən ilki gəlirlərini açıqlayıb

© Sputnik / Михаил Климентьев
XƏBƏRLƏR
Qısa URL
2101

Onlar qazandıqları puldan 64 min dollar məbləğində vəsaiti xeyriyyə məqsədləri üçün xərcləyiblər.

BAKI, 16 apr – Sputnik. Birləşmiş Ştatlar prezidenti Barak Obama və xanımı Mişel 2015-ci il üçün vergi bəyannaməsini açıqlayıb. 

Sputnik Haber Sol-a istinadən xəbər verir ki, keçən il Obama ailəsi 436 065 dollar qazanıb və 81 min dollar məbləğində vergi ödəyiblər. 

Xəbərə görə, bu onların son dörd il ərzində əldə etdikləri ən az gəlirdir. Gəlirlərin azalmasına səbəb Ağ ev rəhbərinin yazdığı kitabların satışının azalmasıdır. 

Mişel Obama isə il ərzində gəlir əldə etməyib və vergi sənədlərində “birinci xanım” vəzifəsində işlədiyini qeyd edib. 

Obama ailəsi qazandıqları puldan 64 min dollar məbləğində vəsaiti xeyriyyə məqsədləri üçün xərcləyiblər.

Ölkə qanunlarına görə, prezident öz vergi bəyannəməsini açıqlamağa məcbur deyil, lakin Ağ Evin bütün rəhbərləri, eləcə də prezident postuna namizədlər ənənəvi olaraq bu addımı atır.

Əsas mövzular