09:13 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
5503

Cari ilin fevral ayı ərzində bankomatların sayı 11 ədəd və ya 0,43% azalaraq martın 1-nə 2 562 ədəd təşkil edib. Artıq ölkədə hər 3,8 min nəfərə bir bankomat düşür.

BAKI, 12 apr — Sputnik. Azərbaycan ərazisində quraşdırılmış bankomatların ümumi sayı azalmağa başlayıb.

Sputnik Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin fevral ayı ərzində bankomatların sayı 11 ədəd və ya 0,43% azalaraq martın 1-nə 2 562 ədəd təşkil edib.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 60 ədəd və ya 2,29%, ilin əvvəlindən isə 132 ədəd və ya 4,9% azalma müşahidə olunub. Qeyd edək ki, ölkədə mövcud olan bankomatların 1 424 ədədi və ya 55,6%-i Bakıda, 1 138 ədədi və ya 44,42%-i regionlardadır.

Cari il martın 1-nə ölkədə hər 3,8 min nəfərə bir bankomat düşüb ki, bu da əvvəlki ayla eyni göstəricidir. İlin əvvəlində isə bu nisbət 3,6 min nəfər/bankomat olub.

Əlaqədar

“Kapital Bank” bankomat şəbəkəsini genişləndirir
İstifadəçiləri üzdən tanıyan ilk bankomat təqdim edilib
Banklara kredit qadağası nəyə hesablanıb?
Mərkəzi Bank hərracda 0,4 milyon dollar alıb
"Mərkəzi Bank istəsə, dolların məzənnəsini 1.40-a da endirə bilər"
Teqlər:
bankomat, pul, Mərkəzi Bank, bank

Əsas mövzular