12:07 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
166312

Rayonun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Azadqaraqoyunlu və Düyərli kəndləri növbəti dəfə düşmən atəşinə məruz qalıb

BAKI, 4 apr — Sputnik. Aprelin 2-dən başlayaraq Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq, qoşunların təmas xəttində təxribat törətməkdə davam edirlər.

Sputnik xəbər verir ki, bu barədə Tərtər rayon prokurorluğu və polis şöbəsinin yaydığı birgə məlumatda bildirilir. Məlumata görə, Tərtər rayonunun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Azadqaraqoyunlu və Düyərli kəndləri növbəti dəfə düşmən atəşinə məruz qalıb. 

"Belə ki, aprelin 3-də saat 21:00 radələrində erməni silahlı qüvvələrinin artilleriya silahlarından rayonun Azadqaraqoyunlu kəndinə atılmış mərmilərdən biri 1968-ci təvəllüdlü Rəhimov Mirzə Rəhim oğluna məxsus yaşayış evinə düşüb, aprelin 4-də saat 14 radələrində isə Düyərli kəndinə atılmış mərmilərdən 3-ü Quliyev Etibar Cəlil oğluna məxsus yaşayış evinə düşməsi nəticəsində ev tamamilə dağılıb, qonşuluqda yaşayan 1984-cü il təvəllüdlü Əliyeva Mehparə Nəbi qızı və 1976-cı il təvəllüdlü Ağayeva Kəmalə Əjdər qızı isə qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər", —deyə rəsmi məlumatda vurğulanır.

Hər iki faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.

Qeyd edək ki, aprelin 1-dən 2-nə küçən gecə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla təmas xəttində atəşkəsi pozması və mülki əhalinin yaşadığı məntəqələri ağır artilleriya və raket qurğularından atəşə tutması nəticəsində münaqişə bölgəsində vəziyyət gərginləşib.

Aprelin 3-də cəbhə bölgəsindəki vəziyyətlə bağlı yaydığı press-relizdə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırdığıni bildirib. Buna baxmayaraq, Ermənistan tərəfi təmas xəttində atəşkəs rejimini pozmaqda davam edib və Azərbaycan tərəfi də əks-həmlə əməliyyatını və cavab tədbirlərini həyata keçirib.

Əlaqədar

Svante Kornell: Azərbaycan Ordusu öz hərbi qabiliyyətini sübut etdi
Ermənilərin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb
"Rusiyada hakimiyyətə yaxın mətbuat orqanları anti-Azərbaycan təbliğatı aparır"
Azərbaycan dünyaya çağırış etdi
Düşmən qərargahının bombalanmasının videogörüntüsü yayıldı
Teqlər:
Tərtər rayon prokurorluğu, Ermənistan hərbi hissələri, Azərbaycanın işğal altında olan əraziləri, Tərtər, Azərbaycan Silahlı Qüvvələri, cəbhə bölgəsi

Əsas mövzular