QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İrandan Ermənistana çağırış: "Azərbaycan torpaqlarını tərk edin"

© Sputnik / Vladimir Fedorenkoİran parlamenti
İran parlamenti - Sputnik Azərbaycan
Abunə olmaq
İran İslam Şurası Məclisinin üzvü: "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması qəbuledilməzdir, buna son verilməlidir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır"

BAKI, 4 apr — Sputnik. "Ermənistan ordusu işğal altında olan Azərbaycan ərazilərini tərk etməlidir". Bunu APA-ya İran İslam Şurası Məclisinin Urmiyadan olan üzvü Nadir Qazipur deyib.

Xanım Tinatin Xidaşeli, Gürcüstanın müdafiə naziri - Sputnik Azərbaycan
Gürcüstan müdafiə naziri: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini dəstəkləyirik

O bildirib ki, Azərbaycan müstəqil ölkədir və Ermənistan bu ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır: "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması qəbuledilməzdir, buna son verilməlidir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır".

N. Qazipur deyib ki, İran hər iki ölkə ilə qonşudur və əlaqələri var: "İran danışıqlara qatıla və münaqişənin həllinə yardım edə bilər. Müharibə problemin həlli deyil".

Ermənilərin atdığı bir neçə top mərmisinin Şərqi Azərbaycan ərazisinə düşməsinə münasibət bildirən N. Qazipur deyib ki, İran qeyri-sabitliyin və təhlükənin ərazisinə keçməsinə icazə verməyəcək.

Xəbər lenti
0