05:09 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
62 0 0

XİN: Brüsseldə baş verən hadisələrlə əlaqədar konsulluq dəstəyinə ehtiyac duyan Azərbaycan vətəndaşları səfirliyə müraciət edə bilərlər.

BAKI, 22 mart-Sputnik. Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

Sputnik-in məlumatına görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

O bildirib ki, Brüsseldə baş verən hadisələrlə əlaqədar konsulluq dəstəyinə ehtiyac duyan Azərbaycan vətəndaşları səfirliyə müraciət edə bilərlər. Bununla belə, H.Hacıyev Zaventem hava limanında partlayış baş verən zaman ərazidə uçuş reysini gözləyən bir nəfər Azərbaycan vətəndaşının olduğunu qeyd edib. XİN rəsmisinin sözlərinə görə, xoşbəxtlikdən həmin şəxs zərər çəkməyib, sağ-salamatdır və səfirlik onunla təmas saxlayır.

Əlaqədar

Brüsseldəki teraktlarda ölənlərin sayı 23-ə çatıb
Brüsseldə hava limanı və metroda partlayışlar baş verib, 11 nəfər ölüb
Brüsseldə ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib
Brüsselə qaçması Sərkisyanın sonunun yaxınlaşması deməkdir
Teqlər:
konsulluq, səfirlik, Zaventem, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev, Azərbaycan Xarici İşlər Nazirliyi, Brüssel, Belçika

Əsas mövzular